💼 Şirkətlər üçün Aylıq İT Xidməti Paketi
United Partner Group olaraq, müəssisələr üçün etibarlı və çevik aylıq İT dəstək xidməti təklif edirik. Xidmət paketimizə aşağıdakılar daxildir:
🖥️ Kompüterlər üzrə texniki xidmət:
Kompüterlərin diaqnostikası və hissələrinin dəyişdirilməsi (lazım gəldikdə)
İş stansiyalarının sazlanması və şəbəkəyə qoşulması
🖨 Printer xidmətləri:
Printerlərin kompüterlərə düzgün qoşulması və sazlanması
Aylıq 10 ədədə qədər katriclərin dolumu
🌐 Lokal şəbəkə xidmətləri:
Ofis daxili lokal şəbəkə (LAN) xətlərinin çəkilməsi və strukturlaşdırılması
Kompüterlərin şəbəkəyə qoşulması və konfiqurasiyası
👨💻 Help Desk (texniki dəstək):
Şirkət əməkdaşlarına texniki yardım və operativ dəstək
Uzaqdan və yerində texniki problemlərin həlli
✅ Əlavə üstünlüklər:
Müntəzəm yoxlamalar və sistem nəzarəti
Təcili hallarda operativ müdaxilə
Etibarlı tərəfdaşlıq və peşəkar yanaşma
Üstünlüklər
✅ Aylıq İT Xidmətinin Şirkətinizə Faydaları
United Partner Group ilə əməkdaşlıq etdikdə, daimi İT işçisi saxlamağa ehtiyac qalmır və siz həm vaxtınıza, həm də büdcənizə qənaət etmiş olursunuz. Aşağıdakı üstünlüklər bu xidmət modelinin sizə gətirdiyi faydalardır:
🧑🔧 1. Mütəxəssis axtarışına ehtiyac yoxdur
Peşəkar İT komandamız texniki işlərinizi operativ şəkildə həyata keçirir. Yeni işçi axtarmaq, müsahibə aparmaq və təlim keçmək zərurəti ortadan qalxır.
💸 2. Vergi və sosial ödənişlərdən azad olursunuz
Xidmət müqaviləsi ilə əməkdaşlıq etdiyiniz üçün işçi üçün əmək haqqı fondu, vergi, DSMF və digər məcburi ödənişləri etməyə ehtiyac qalmır.
🌴 3. Məzuniyyət və ya xəstəlik zamanı əvəzləmə problemi yoxdur
İşçinin məzuniyyətdə və ya işə gəlmədiyi hallarda texniki işlər dayanmır – komandamızda hər zaman əvəzləyici mütəxəssis mövcuddur.
⏱ 4. Davamlı və çevik texniki dəstək
Texniki problemlərinizə operativ şəkildə yerində və ya uzaqdan müdaxilə edilir. Gözləmə və gecikmələr minimuma endirilir.
📈 5. Sabit aylıq xərclərlə büdcəyə nəzarət
Xidmətlər üzrə əvvəlcədən müəyyən olunmuş aylıq ödəniş ilə əlavə və gözlənilməz texniki xərclərdən qorunursunuz.
🔐 6. Texniki təhlükəsizlik və sistem nəzarəti
Kompüter və şəbəkə sistemlərinizin işlək vəziyyətdə qalması üçün daimi nəzarət, yenilənmələr və informasiya təhlükəsizliyi tədbirləri görülür.
🛡 7. Məlumatların məxfiliyinə zəmanət verilir
Sizin bütün məlumat və sistemlərinizin təhlükəsizliyi bizim üçün prioritetdir. Məxfi məlumatların qorunması və üçüncü şəxslərlə paylaşılmaması hüquqi öhdəlik kimi təmin olunur.
Aylıq
700
/aylıq
İllik (12 aylıq)
8000
/İllik
Uzun müddətli (18+ aylıq)
660
/aylıq
Yeniliklərdən xəbərdar olun
Ən son yeniliklər və təkliflərdən xəbərdar olmaq üçün e-poçt ünvanınızı daxil edin və bülletenimizə abunə olun!
